2022-ci ildə ən çox qazanan idmançıların SİYAHISI
31.12.2022 - 16:27
2022-ci ildə ən çox qazanan idmançıların SİYAHISI

Son gününü yaşadığımız 2022-ci ildə ən çox qazanan idmançılar bəlli olub. 

Apasport.az saytı xəbər verir ki, “Forbes”in açıqladığı “10-luğ”in ilk sırasında dünya çempionu Lionel Messi yer alıb.

Argentinalı superulduz ili 130 milyon dollar gəlirlə başa vurur. Onu basketbolçu Lebron Ceyms izləyir. Üçüncü yerdə isə digər superulduz Kriştiano Ronaldo qərarlaşıb.

Qeyd edək ki, cədvəldə yer alanlardan 4-ü basketbolçudur.

1. Lionel Messi – PSJ, futbol - 130 milyon dollar
2. Lebron Ceyms – “Los Anseles Lakers”, basketbol - 121,2 milyon dollar
3. Kriştiano Ronaldo – "Əl Nəsr", futbol - 115 milyon dollar
4. Neymar – PSJ, futbol - 95 milyon dollar
5. Stefen Karri – “Qolden Steyr Uorriorz”, basketbol - 92,8 milyon dollar
6. Kevin Durant - “Bruklin Netz”, basketbol - 92,1 milyon dollar
7. Rojer Federer – Tennis - 90,7 milyon dollar
8. Kanelo Alvares – Boks - 90 milyon dollar
9. Tom Bredi – “Tampa Bey”, amerika futbolu - 83,9 milyon dollar
10. Yannis Adetokunbo – “Miluoki Baks”, basketbol - 80,9 milyon dollar

0