2022-ci ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə yığma və qitə kuboklarında ən azı 3 top vuranlar daxil edilib.
Buna 19 oyunçu nail olub. Siyahıya kamerunlu Vinsent Abubakar başçılıq edir. Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in şərəfini qoruyan futbolçu bu il 8 qol vurub. O, bütün qollarını yığmada rəqib qapısından keçirib.
Onun millidəki komanda yoldaşı, “Lion” forması geyinən Karl Toko Ekambi 5 dəfə qol sevinci yaşayıb. İlk “üçlüy”ü CAR millisinin və “Orlando Payrets”in üzvü Bandile Şandu qapayır. O, qitə kuboklarında 4 dəfə rəqib qapısına yol tapıb.