2023-cü ilin ən bahalı heyəti açıqlandı
15.02.2024 - 16:57
2023-cü ilin ən bahalı heyəti açıqlandı

İngiltərənin "Mançester Yunayted" futbol klubunun heyəti 2023-cü ilin ən bahalı komandası olub.

Apasport.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

UEFA "Mançester Yunayted"in heyətini 1,422 milyard avro dəyərində qiymətləndirib.

Əvvəlki rekord İspaniyanın "Real Madrid" klubuna məxsus olub. 2020-ci ildə komanda 1,33 milyard avro olaraq dəyərləndirilib.

0