"Vasko da Qama"nın hücumçusu Talles Maqno Avropaya köçə bilər.
Apasport.az saytının məlumatına görə, "Liverpul" 18 yaşlı forvardı transfer etmək fikrinə düşüb.
"Qırmızılar" Braziliyanın U-17 yığmasının sabiq üzvü uğrunda "Benfika" ilə mübarizə aparır. Portuqaliya klubu bu keçid üçün 2,6 milyon funt-sterlinq təklif etsə də, "Vasko da Qama"nın cavabı mənfi olub. Çünki sərbəst qalma məbləği 43 milyon funt-sterlinq olan oyunçunu braziliyalılar baha qiymətə satmaq istəyirlər. "Liverpul" isə bu keçidi 21 milyon funt-sterlinqə reallaşdıracağına ümid edir.
Qeyd edək ki, Talles Maqno ötən ildən "Vasko da Qama"nın əsas komandasında çıxış edir.