25-ci qol
30.01.2022 - 22:19
Məhəmməd Salah mövsümdə 25-ci qolunu vurub.
Apasport.az saytının məlumatına görə, hücumçu Misir yığması və “Liverpul”da keçirdiyi 31 matçda belə məhsuldarlıq göstərib.
Onun yubiley qolu Afrika Millətlər Kubokunun 1/4 finalına təsadüf edib. Salah komandasının 2:1 hesablı qələbə qazandığı matçda fərqlənib.
Qeyd edək ki, əlavə vaxtda qazanılan qələbə misirliləri yarımfinala daşıyıb.
0
0