İngiltərə Premyer Liqasında mübarizə aparan “Vest Hem”in futbolçusu Sebastyan Aller karyerasını Niderlandda davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını “Ayaks”da davam etdirə bilər.
Onun transferi ilə bağlı iki klub arasında razılıq əldə olunub. Bonuslarla birlikdə transfer 25 milyon avroya gerçəkləşəcək.
26 yaşlı futbolçunun şəxsi müqaviləsinin detalları da razılaşdırılıb. Fransalı yaxın müddətdə yeni klubunda tibbi müayinədən keçəcək.
Qeyd edək ki, “Vest Hem” 2019-cu ilin yayında Alleri klub tarixi üçün rekord məbləğə 50 milyona heyətinə qatmışdı. O, cari mövsümdə 16 matçda 3 qol vurub.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı