251-ci futbolçu – Azərbaycan millisində
27.05.2021 - 22:21
Yoldaşlıq görüşündə Türkiyə ilə qarşılaşan Azərbaycan millisində daha bir futbolçu debüt edib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Murad Xaçayev yığmamızın heyətində ilk oyununa çıxıb.
63-cü dəqiqədə meydana çıxan milliləşdirilmiş oyunçu yığmanın tarixinə 251-ci futbolçu kimi düşüb. Xaçayevə qədər yığma formasını 250 oyunçu geyinmişdi.
Qeyd edək ki, Alanyadakı “Oba” stadionunda keçirilən oyunda Türkiyə yığması 2:1 hesabı ilə öndədir.
0
0