26 il sonra ilk: Autsayderdən 5 qollu qalibiyyət
03.12.2023 - 10:44
26 il sonra ilk: Autsayderdən 5 qollu qalibiyyət

"Bernli" 26 il əvvəl qeydə alınan İngiltərə rekordunu təkrarlayıb.

Apasport.az xəbər verir ki, komanda çempionatın 14-cü turunun matçında "Şeffild Yunayted"ə 5:0 hesabı ilə qalib gəlib.

Bununla da, oyundan əvvəl sonuncu yerdə olan komanda üçün Premyer Liqada bir matçın ən böyük qalibiyyət nəticəsini təkrarlanıb. 26 il əvvəl-1997-ci ilin noyabrında “Şeffild Uensdey” eyni hesabla “Bolton”dan güclü olub.

Qeyd edək ki, qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən “Bernli” rəqibini qabaqlayaraq turnir cəvəlində 1 pillə irəliləyib. 5 xala malik olan "Şeffild Yunayted" isə cədvəlin sonuncu piiləsində yer alır.

0