27 ildə 7-ci nəticə - Azərbaycan millisindən
10.12.2020 - 13:55
27 ildə 7-ci nəticə - Azərbaycan millisindən

Azərbaycan millisi FİFA reytinqində 2020-ci ili 109-cu pillədə başa vurub.

Apasport.az saytının məlumatına görə, bu, yığma tarixində 7-ci nəticədir.

Komandamız yalnız 6 dəfə ilə daha yüksək pillədə yekun vurub. FİFA reytinqində 27-ci ilini başa vuran millimizin rekordu 2016-cı ildə qeydə alınıb. Həmin vaxt yığma 90-cı sırada yer alıb.

Daha 4 dəfə milli ili ilk “100-lük”də başa vurub. Bu, 2013, 1999, 2010 və 1998-ci illərə təsadüf edib. İndiki ilə müqayisədə 2012-ci ili də daha yüksək mövqedə tamamlayan yığma digər 20 halda daha aşağı sıralarda yer alıb.

Millimiz ilin son reytinq siyahısında
1994 - 147
1995 - 141
1996 - 125
1997 - 123
1998 - 99
1999 - 97
2000 - 115
2001 - 113
2002 - 113
2003 - 119
2004 - 113
2005 - 114
2006 - 125
2007 - 115
2008 - 134
2009 - 114
2010 - 98
2011 - 112
2012 - 118
2013 - 94
2014 - 135
2015 - 117
2016 - 90
2017 - 117
2018 - 107
2019 - 114
2020 - 109
 

0