277-ci sınaq
24.03.2022 - 11:33
277-ci sınaq

Sabah Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız yoldaşlıq görüşündə Malta ilə qarşılaşacaq.

Səfərdə baş tutacaq görüş komandamızın tarixində 277-ci sınağı olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 276 matça çıxıb.

Hesabında 51 qələbə və 75 heç-heçə olan yığma 150 dəfə uduzub. Əvvəlki 276 qarşılaşmada 205 qol vuran futbolçularımız 462 top buraxıb.

Maltadakı matç yığmamızın 131-ci yoldaşlıq oyunu olacaq. Qeyri-rəsmi beynəlxalq turnirlər və yoxlama görüşləri çərçivəsindəki əvvəlki 130 matçda komandamız 35 qələbə qazanıb, 44 heç-heçə edib və 51 dəfə uduzub. Rəqib qapısından 121 top keçirən futbolçularımız 165-ni buraxıb.

Qeyd edək ki, sabah keçiriləcək Malta - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
 

0