28 milyonluq transfer - Liverpul klubundan
08.09.2020 - 18:06
28 milyonluq transfer - Liverpul klubundan

İngiltərə Premyer Liqa təmsilçisi “Everton” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Liverpul klubu “Uotford”un yarımmüdafiəçisi Abdulaye Dukureni transfer edib.

Bu keçid 28 milyon avroya başa gəlib. “Everton” 27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Uotford” ötən mövsümün yekunlarına əsasən Premyer Liqadan aşağı dəstəyə yuvarlanıb.