3-cü cəhdi də uğursuz oldu - "Bavariya"nın
11.05.2020 - 22:42
"Bavariya" ilə kapitanı Manuel Noyer arasında danışıqlar növbəti dəfə uğursuz nəticələnib.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu qapıçısı ilə yeni müqavilədə ortaq məxrəcə gələ bilmir.
Münhen klubunun üçüncü cəhdi də bir nəticə verməyib. Noyer rəhbərliyin təklif etdiyi şərtlərlə sözləşmə yeniləməyə razılıq vermir. Buna baxmayaraq, Bundesliqa təmsilçisi hələ də 34 yaşlı qolkiperlə ortaq məxrəcə gələcəklərinə inanır.
Qeyd edək ki, "Bavariya" 2 illik müqavilə təklif etsə də, Noyer uzunmüddətli sözləşmə istəyir. Onunla "Çelsi" yaxından maraqlanır.
0
0