3-cü müqavilə - “Qarabağ”da
26.05.2021 - 14:27
“Qarabağ”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Elvin Cəfərquliyev karyerasını hazırkı komandasında davam etdirəcək.
21 yaşlı cinah müdafiəçisi başa çatan müqaviləsini yeniləyib. Anlaşmaya əsasən, Cəfərquliyev 2024-cü ilin yayına qədər “Qarabağ”a məxsus olacaq. O, geridə qalan mövsüm Ağdam təmsilçisində keçirdiyi 32 oyunda 4 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Qarabağ” buna qədər Maksim Medvedev və Bədavi Hüseynovla da yeni müqavilə imzalayıb.
0
0