Almaniyanın “Leypsiq” klubunun baş məşqçisi Yulian Naqelsman Çempionlar Liqasının tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, alman mütəxəssis komandası qitənin ən nüfuzlu turnirində 1/8 finala yüksələn ən gənc baş məşqçi olub.
Qrupdan çıxması dünən keçirilən V turda rəsmiləşən Almaniya təmsilçisinin çalışdırıcısı bu uğura 32 yaş 4 ay 3 günlüyündə imza atıb. Həmyaşıdlarının, hətta daha yaşlıların hələ də futbol oynadığı vaxt Y.Naqelsmann baş məşqçi kimi tarixi nailiyyətlə fərqlənib.
Qeyd edək ki, 2016-19-cu illərdə “Hoffenhaym”a rəhbərlik edən mütəxəssis bu ilin yayından “Leypsiq”i çalışdırır.