38 yaşlı qapıçı – “İnter”də
25.06.2021 - 23:23
İtaliyanın “İnter” klubu yeni futbolçu transfer edib.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi qapıçı Aleks Kordatsı heyətinə qatıb.
Milan klubunun öz yetirməsi olan 38 yaşlı veteran qolkiper “Krotone”dən transfer olunub. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2015-ci ildən “Krotone”də oynayan Kordats bu müddətdə 2 dəfə A seriyasına yüksəlib və geri qayıdıb. Ötən mövsümdə qolkiper 36 qarşılaşmada 91 top buraxıb və yalnız 2 matçda qapısını toxunulmaz saxlayıb.
0
0