4-cü transfer - "Sabah"dan
25.06.2020 - 14:23
Transfer dönəminin fəal komandası "Sabah" daha bir oyunçunu heyətinə qatıb.
Apasport.az saytının məlumatına görə, Slavik Alxasov 2020/21 mövsümündən paytaxt klubunun formasını geyinəcək.
"Keşlə"dən ayrılan cinah müdafiəçisi yeni komandası ilə 2+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu karyerası ərzində buna qədər “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə”də (2016-2020) çıxış edib.
Qeyd edək ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirib.
0
0
Slavik Alxasov
Sabah
Keşlə