Azərbaycan Premyer Liqasının XXVI turu 4 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, bu oyunçuların hamısı sarı vərəqə limitindən növbəti turu buraxacaq.
Cəzalı olan futbolçular müxtəlif klubları təmsil edir. Anatole Abanq (“Keşlə”) və Mert Çelik (“Neftçi”) mövsümdə 4-cü sarı vərəqə aldığı üçün XXVII turda “istirahət edəcək”.
Hesabında 2 qırmızı vərəqə də olan Kevin Medinanın (“Qarabağ”) da xəbərdarlıqlarının sayı 4-ə çatıb. Onun kimi Filip İvanoviç də mövsümdə 3-cü dəfə cəzalanır. Bir dəfə qırmızı vərəqə üzündən belə vəziyyətə düşən legioner sarı vərəqə sayını 8-ə çatdırıb.
Qeyd edək ki, XXVII turda “Keşlə” və “Qarabağ” bir-biri ilə qarşılaşacaq. “Neftçi” “Sumqayıt”la, “Sabah” “Qəbələ” önünə itki ilə çıxacaq.