“Sabah”ın “Qəbələ”dən transfer etdiyi futbolçuların müqavilə detalları açıqlanıb.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Bakı təmsilçisi “qırmızı-qaralar”ın gənc futbolçuları İdris İnqilablı və Samir Məhərrəmli ilə müqavilə bağlayıb.
2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik saziş imzalanıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən hər iki futbolçu “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək.
Qeyd edək ki, “Qəbələ”nin müdafiəçisi Amin Seydiyev də mövsümün sonunda “Sabah”a keçəcək.