40 “qoca” - Rəşad Sadıqov, Maykl Essyen...
20.12.2019 - 14:03
40 “qoca” - Rəşad Sadıqov, Maykl Essyen...

Azərbaycan Premyer Liqasının ilk yarısında ümumilikdə 173 futbolçu meydana çıxıb.

Apasport.az saytının məlumatına görə, onlardan 40-ı yaşı 30-u keçmiş futbolçulardır.

8 klubun iştirak ərizəsində ümumilikdə 41 veteran olsa da, onlardan biri - "Keşlə"nin müdafiəçisi Ruslan Əmircanov meydan üzü görməyib.

Premyer Liqamızın ən “qoca” futbolçusu Rəşad Sadıqovdur. "Qarabağ"ın kapitanı hazırda 37 yaş 6 aylığındadır. Çempionatın 1982-ci il təvəllüdlü digər oyunçusu olan "Səbail"li Maykl Essyen Rəşaddan cəmi 6 ay balacadır. Qanalının bu ay 37 yaşı tamam olub. İlk "üçlüy"ü iki ay əvvəl 37-ci yaşına keçən "Keşlə"nin oynayan-məşqçisi Rəşad Sadiqov tamamlayır.

Heyətində ən çox yaşlı futbolçu olan klub "Keşlə"dir. Bakılılarda 30 yaşdan yuxarı 7 oyunçu olsa da, onlardan biri (Ruslan Əmircanov) meydana çıxmayıb. "Qarabağ", "Neftçi", "Səbail" və "Zirə" də 6 veteranın xidmətindən yararlanıb. "Qəbələ"də bu say 5-dirsə, "Sumqayıt" 3, "Sabah" isə 2 "qocaman"a etibar edib.

Veteranlardan yalnız 4-ü ilk iki dövrənin bütün matçlarında meydana çıxıb. Bunlar "Keşlə"nin qapıçısı Stanislav Namaşko, yarımmüdafiəçisi Con Kamara, "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda və "Səbail"in orta sahə oyunçusu Rahid Əmirquliyevdir.

"Qarabağ"
Rəşad Sadıqov (16.06.1982): 4 oyun, 360 dəqiqə, 1 sarı vərəqə
Markos Madera (08.11.1985): 9 oyun, 579 dəqiqə, 4 sarı vərəqə
Dani Kintana (08.03.1987): 11 oyun, 773 dəqiqə, 3 qol
Asmir Beqoviç (20.06.1987): 10 oyun, 900 dəqiqə, -5 qol, 1 sarı vərəqə
Riçard Almeyda (20.03.1989): 14 oyun, 1051 dəqiqə, 1 qol, 3 sarı vərəqə
Maksim Medvedev (29.09.1989): 11 oyun, 935 dəqiqə, 2 sarı vərəqə

"Neftçi"
Vojislav Stankoviç (22.09.1987): 12 oyun, 1055 dəqiqə, 3 sarı vərəqə
Baqali Dabo (27.07.1988): 9 oyun, 693 dəqiqə, 3 qol, 1 sarı vərəqə
Vangelis Platellas (01.12.1988): 10 oyun, 377 dəqiqə, 1 qol, 1 sarı vərəqə
Rauf Əliyev (12.02.1989): 9 oyun, 442 dəqiqə, 1 qol, 3 sarı vərəqə
Vild-Donald Gerye (31.03.1989): 9 oyun, 734 dəqiqə, 1 qol, 1 qırmızı vərəqə
Aqil Məmmədov (01.05.1989): 1 oyun, 45 dəqiqə, -1 qol, 2 sarı vərəqə

"Keşlə"
Rəşad Sadiqov (08.10.1983): 6 oyun, 155 dəqiqə
Stanislav Namaşko (10.11.1986): 14 oyun, 1260 dəqiqə, -12 qol, 2 sarı vərəqə
Miyusko Boyoviç (09.08.1988): 13 oyun, 1105 dəqiqə, 1 qo, 1 sarı vərəqə
Əfran İsmayılov (08.10.1988): 12 oyun, 197 dəqiqə, 1 sarı vərəqə
Con Kamara (05.12.1988): 14 oyun, 1260 dəqiqə, 2 sarı vərəqə
Lorenzo Frutos (04.06.1989): 13 oyun, 1105 dəqiqə, 6 qol

"Sumqayıt"
Rail Məlikov (18.12.1985): 2 oyun, 180 dəqiqə, 1 sarı vərəqə
İlqar Qurbanov (25.04.1986): 2 oyun, 19 dəqiqə
Vurğun Hüseynov (25.04.1988): 8 oyun, 719 dəqiqə, 2 sarı, 1 qırmızı vərəqə

"Zirə"
Adrian Skarlatake (05.12.1986): 9 oyun, 716 dəqiqə, 1 qol, 5 sarı vərəqə
Cavid Hüseynov (09.03.1988): 13 oyun, 923 dəqiqə, 2 qol, 5 sarı vərəqə
Elvin Məmmədov (19.07.1988): 10 oyun, 347 dəqiqə, 1 sarı vərəqə
Anastasios Papazoğlu (24.09.1988): 10 oyun, 757 dəqiqə
Boyan Zoqoviç (16.02.1989): 7 oyun, 630 dəqiqə, -11 qol
Soni Norde (27.07.1989): 11 oyun, 557 dəqiqə, 1 qol, 3 sarı vərəqə

"Sabah"
Saşa Stamenkoviç (05.01.1985): 12 oyun, 1080 dəqiqə, -16 qol, 2 sarı vərəqə
Ruslan Abışov (10.10.1987): 8 oyun, 662 dəqiqə, 1 sarı vərəqə

"Qəbələ"
Anar Nəzirov (08.09.1985): 12 oyun, 1043 dəqiqə, -17 qol, 3 sarı, 1 qırmızı vərəqə
Rasim Ramaldanov (24.01.1986): 5 oyun, 400 dəqiqə, 1 sarı vərəqə
Asif Məmmədov (05.08.1986): 9 oyun, 669 dəqiqə, 1 sarı, 1 qırmızı vərəqə
İbrahima Niasse (18.04.1988): 3 oyun, 193 dəqiqə, 1 sarı vərəqə
İvitsa Juniç (09.09.1988): 11 oyun, 990 dəqiqə, 3 sarı vərəqə

"Səbail"
Maykl Essyen (03.12.1982): 5 oyun, 86 dəqiqə, 1 sarı vərəqə
Kamal Bayramov (15.08.1985): 11 oyun, 990 dəqiqə, -17 qol
Aleksandr Rıbka (10.04.1987): 3 oyun, 270 dəqiqə, -7 qol
Şəhriyar Rəhimov (06.04.1989): 12 oyun, 1080 dəqiqə, 1 qol, 6 sarı vərəqə
Eriko da Silva (20.07.1989): 4 oyun, 313 dəqiqə, 1 qol
Rahid Əmirquliyev (01.09.1989): 14 oyun, 1253 dəqiqə, 2 sarı vərəqə

0
Premyer Liqanın qocaları Rəşad Sadıqov Maykl Essyen