40-cı duel - 30-cu uğur üçün
23.02.2022 - 11:44
40-cı duel - 30-cu uğur üçün

“Marsel”lə Konfrans Liqasının pley-offundakı duel “Qarabağ”ın tarixində avrokuboklardakı 40-cı iki oyunluq duel kimi düşəcək.

Apasport.az saytının məlumatına görə, qitə səhnəsinə 1996-cı ildə çıxan Ağdam klubu indiyədək 39 dəfə belə sınağa çıxıb.

Təmsilçimiz bu duellərin 29-da iki oyunun yekununda mərhələ adlayıb. Yalnız 10 dəfə “Qarabağ” iki oyunun cəmində mübarizəni dayandıran tərəf olub. Fransada 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri bu məğlubiyyətin əvəzini çıxa bilsə, 30-cu uğura imza atacaq. 

Qeyd edək ki, “Marsel”lə qarşılaşma sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.