40-cı oyunda 10-cu qələbə
25.11.2019 - 10:46
Bakının “Sabah” klubu Premyer Liqada 10-cu qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, komandanın 40-cı görüşünə təsadüf edib.
XII turun “Səbail”lə qarşılaşmasında 3:1 hesabı ilə qalib gələn bakılılar 6-cı dəfə səfərdən üç xalla dönüb.
Qeyd edək ki, “Sabah” Azərbaycan çempionatlarında 10 və daha çox qələbə qazanan 50-ci komandadır.
0
0