40 milyonluq transfer – “Lester”dən
29.09.2020 - 16:33
40 milyonluq transfer – “Lester”dən

İngiltərənin “Lester” klubu heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, “tülkülər” “Bernli”nin müdafiəçisi Ceyms Tarkovskini transfer etməyə yaxındır. 

Tərəflər arasında razılıq əldə olunub. Müqavilə yaxın günlərdə rəsmiləşəcək. “Lester” futbolçu üçün 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ceyms “Vest Hem”in də maraq dairəsində idi.