41 yaşda debüt – La Liqada
20.09.2020 - 21:06
İspaniya La Liqasının II turu maraqlı hadisə ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, “Ueska”nı 2:0 hesabı ilə məğlub edən “Kadis”in qapıçısı Alberto Kifuentes Martines La Liqada debüt edib.
Futbolçu debütünü 41 yaş 114 günlüyündə gerçəkləşdirib. O, start heyətində meydana çıxdığı qarşılaşmada qol buraxmayıb.
Qeyd edək ki, “Kadis”in ilk qolunu da veteran futbolçu vurub. 35 yaşlı Alvaro Neqredo fərqlənib.
0
0