“Keşlə”nin bu ad altında avrokuboklarda debütü uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada “Baltsan”a uduzub.
Bakılılar səfərdə böyük hesablı məğlubiyyətə üzülüb – 1:4. Bu, klubun avrokuboklar tarixində 3-cü ağır yenilgisidi.
Maraqlıdı ki, komanda böyü khesbalı məğlubiyyətlərin hərəsini bir adla alıb. “Xəzər Universiteti” kimi “Tampere”yə 0:3, “İnter” kimi “Fola”ya 1:4 hesabı ilə uduzan paytaxt klubu bu dəfə “Keşlə” adı ilə darmadağın görüb.
Ümumilikdə isə Azərbaycan klubları avrokuboklar tarixində 42-ci dəfə böyük hesablı yenilgiyə üzülüb. “Qarabağ” hamıdan çox – 13, “Neftçi” 6 dəfə darmadağına üzülüb. “Kəpəz” 4, “Şəmkir”, “Qəbələ” və “Keşlə” hərəyə 3, “Bakı”, “Şəfa”, “Xəzər Lənkəran” hərəyə 2 dəfə ağır məğlubiyyət alıb. “Turan”, “Xəzri”, “Viləş” və “Simurq”un bir belə məğlubiyyət var.