440 milyonluq anlaşma
27.01.2022 - 10:39
440 milyonluq anlaşma

İspaniya “Barselona”sının sponsorları dəyişəcək.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi yeni mövsümdən iki yeni titul sponsoru ilə əməkdaşlıq edəcək.

Komandanın futbolkasında “Spotify” loqosu əks olunacaq. Bu internet xidmət “Rakuten”i əvəzləyəcək və yeni baş sponsor sayılacaq. 5 mövsümlük müqavilə “Barselona”ya 340 milyon avro qazandıracaq.

Futbolkaların qolundakı “Beko” loqosunu “Polkadot” əvəzləyəcək. 5 mövsümlük müqavilə 100 milyon avro gətirəcək.

Qeyd edək ki, “Barselona” “Rakuten”lə 2017-ci, “Beko” ilə 2014-cü ildən əməkdaşlıq edir.