4,5 milyardlıq müqavilə - Premyer Liqada
12.05.2021 - 12:33
4,5 milyardlıq müqavilə - Premyer Liqada

İngiltərə Premyer Liqası teleyayımla bağlı yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, çempionat milli yayımçılarla 3 illik anlaşacaq.

Bu müqavilənin ümumi dəyəri 4,5 milyard funt sterlinq təşkil edəcək. Bu barədə razılıq bugünlərdə qəbul olunmalıdır.

Qeyd edək ki, müqavilə “Sky Sports”, “BT Sport” və “Amazon Prime” ilə imzalanacaq.