5 futbolçunu məşqə buraxmadı – Mourinyo
09.07.2021 - 13:30
5 futbolçunu məşqə buraxmadı – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo yeni mövsüm sərəncamında görmək istəmədiyi futbolçuları müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis 5 futbolçunun yola salınmasını istəyib.

Çalışdırıcı konkret olaraq müdafiəçi Federiko Fazio, yarımmüdafiəçilər Xavyer Pastore, Pedro, Stiven Nzonzi və hücumçu Custin Klyuverti yeni mövsümün təlim-məşq toplanışına cəlb etməyib. Məşqə buraxılmayan adıçəkilən oyunçulara özlərinə klub tapmaq tapşırılıb.

Qeyd edək ki, “Roma” ötən mövsüm A seriyasında 62 xalla 7-ci yeri tutub.