5 futbolçusu koronavirusa yoluxdu – “Beşiktaş”ın
13.11.2020 - 10:31
5 futbolçusu koronavirusa yoluxdu – “Beşiktaş”ın

Türkiyənin “Beşiktaş” klubunda koronavirus infeksiyasına kütləvi yoluxma aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi 5 oyunçusunun testinin pozitiv çıxdığını açıqlayıb.

“Ağ-qaralar” həmin futbolçulardan ikisinin hazırda yığma komandalarının düşərgəsində olduğunu bildirib. Digər 3 nəfərdən biri isə heyətdən kənarda qalan futbolçudur.

Qeyd edək ki, “Beşiktaş”ın bir müddət əvvəl də 3 futbolçusu koronavirusa yoluxmuşdu.
 

0