5 nəfər koronavirusa yoluxdu – Super Liqa klubunda
04.12.2020 - 17:43
5 nəfər koronavirusa yoluxdu – Super Liqa klubunda

Türkiyənin daha bir klubu “Göztəpə”də koronavirusa yoluxma halı yaşanıb.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi konkret olaraq 5 nəfərdə yoluxma aşkarlandığını açıqlayıb.

2 futbolçu və 3 klub işçisinin testinin pozitiv nəticələndiyi bildirilib. Adları açıqlanmayan həmin şəxslər evlərində karantinə alınıblar.

Qeyd edək ki, bu gün Super Liqanın digər təmsilçisi “Yeni Malatyaspor” 3 məşqçisinin koronavirusa yoluxduğunu açıqlayıb.
 

0