50-ci qələbə - millinin tarixində
09.09.2020 - 00:33
Azərbaycan millisi tarixində 50-ci qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, bu yubiley Millətlər Liqasının II turunun Kiprlə matçına təsadüf edib.
Səfərdə 1:0 hesabı ilə qalıb gələn yığmamız 28 illik tarixində 50-ci dəfə azarkeşlərini sevindirib. Bu, komandamızın tarixində 258-ci qarşılaşmada gerçəkləşib.
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız Nikosiya səfərinədək 49 dəfə qalib gəlmişdi. Millinin hesabında 69 heç-heçə və 139 məğlubiyyət də var.
0
0