5,1 milyardlıq müqavilə - Premyer Liqada
13.05.2021 - 14:15
İngiltərə Premyer Liqası təşkilatçıları yayımçı şirkətlərlə müqavilə müddətini uzadıb.
Apasport.az saytının məlumatına görə, yeni sözləşmə 2025-ci ilə qədər nəzərdə tutulub.
“Sky Sports”, “BT Sport”, “Amazon” və “BBC Sport”la bağlanan yeni sazişə əsasən, yayımçı şirkətlər qarşıdakı 4 il üçün 5,1 milyard funt-sterlinq ödəniş edəcək.
Maraqlıdır ki, bu dəfə tender elan etməyə ehtiyac qalmayıb. İngiltərə hökuməti koronavirus pandemiyasının yaratdığı maliyyə problemini əsas gətirərək, hazırkı sponsorlarla əməkdaşlığın davam etdirilməsini istəyib.
0
0