55 yaşlı hücumçu Portuqaliya klubuna gedir
08.12.2022 - 09:23
55 yaşlı hücumçu Portuqaliya klubuna gedir

Yaponiyanın “Suzuki” klubunun futbolçusu Kadzuesi Miura komandadan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, 55 yaşlı hücumçu karyerasını Portuqaliyada davam etdirməyə qərar verib.

Dünyanın ən yaşlı futbolçusu ikinci liqa təmsilçisi “Oliveyrense”yə keçəcək. Bu, qış transfer dövründə reallaşacaq.

Qeyd edək ki, karyerasına 1986-cı ildə başlayan Miura Yaponiya, Braziliya, Xorvatiya, İtaliya və Avstraliya klublarında çıxış edib.
 

0