Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının oyunlarını 59 min 630 tamaşaçı izləyib.
Apasport.az saytının hesablamasına görə, baş tutan 56 matçda orta hesabla 1065 seyrçi qeydə alınıb.
Ev qarşılaşmalarındakı göstəricilərə əsasən “Qarabağ” ilk iki dövrəni 1-ci yerdə başa vurub. “Sabah” 2-ci, “Neftçi” 3-cü olub.
Turnir cədvəlində son iki pillədə qərarlaşan komandalar tamaşaçı sayında da autsayderdir. “Səbail” və “Qəbələ” digər klublardan geri qalır.
Mövsümün ilk yarısında ən çox tamaşaçı toplayan qarşılaşma IV turun “Qarabağ” – “Neftçi” matçıdır – 7000. İki görüşdə isə cəmi 150 izləyici olub. Bunlar III turun “Qəbələ” – “Keşlə”, X turun “Səbail” – “Keşlə” qarşılaşmalarıdır.
|
yer |
komanda |
tamaşaçı |
oyun |
Orta |
|
1 |
Qarabağ |
12500 |
7 |
1786 |
|
2 |
Sabah |
10550 |
7 |
1507 |
|
3 |
Neftçi |
9150 |
7 |
1307 |
|
4 |
Sumqayıt |
8500 |
7 |
1214 |
|
5 |
Zirə |
5800 |
7 |
829 |
|
6 |
Keşlə |
5200 |
7 |
743 |
|
7 |
Səbail |
4750 |
7 |
679 |
|
8 |
Qəbələ |
3180 |
7 |
454 |
|
|
cəmi |
59630 |
56 |
1065 |
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı