615 min funt sterlinqlik üzük – Ronaldodan
13.09.2020 - 14:41
Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigesə üzük hədiyyə edib.
Apasport.az saytının məlumatına görə, “Cartier” istehsalı olan üzüyün qiyməti 615 min funt-sterlinqdir.
Bu, tarixdə futbolçuların sevdiklərinə bağışladığı ən bahalı üzükdür. Bir müddət öncə Ronaldo Corcinaya evlilik təklifi edib və müsbət cavab alıb.
Qeyd edək ki, Kriştianonun 4 uşağı var. Alana Martina adlı qızın anası Corcinadır.
0
0