67 ildir bu günə düşmürdü – “Arsenal”
28.08.2021 - 21:50
67 ildir bu günə düşmürdü – “Arsenal”

İngiltərə Premyer Liqasının III turunda “Mançester Siti” ilə görüşən “Arsenal” 0:5 hesabı ilə uduzub.

Apasport.az saytının məlumatına görə, bununla da Mikel Artetanın yetirmələri 67 ilin antirekorduna imza atıb.

London klubu startda 3-cü məğlubiyyəti alıb. Belə hadisə sonuncu dəfə 1954/55 mövsümündə qeydə alınıb.

Üç məğlubiyyət alan “topçular” topsuz qalaraq 9 qol buraxıb. Bu, Premyer Liqa tarixində antirekordun təkrarıdır. 2003/04 mövsümündə “Vulverhempton” belə başlanğıca üzülüb.