Azərbaycan millisi tarixində 6-cı dəfə Türkiyə yığmasına uduzub.
Apasport.az saytının məlumatına görə, Alanyada keçirilən yoldaşlıq oyununda 2:1 hesablı qələbə qazanan qardaş ölkə təmsilçisi bunadək 5 dəfə millimizə qalib gəlmişdi.
8 oyunda yalnız bir qələbə və 1 heç-heçəsi olan yığmamız üçün Türkiyə ən münasib olmayan rəqiblər sırasındadır. “Ay-ulduzlular” komandamıza 6 və daha çox oyunda qalib gələn 7 komandadan biridir.
Milli qənimi olan bu rəqiblərdən dördünə 7 dəfə uduzub. Finlandiya, Slovakiya və Uelsə 8 qarşılaşmadan birində uduzmamışıqsa, Macarıstanla 7 görüşdə 7 yenilgi qeydə alınıb.
Almaniya, Portuqaliya və Türkiyə isə millimiz üzərində 6 qələbə qazanıb. Əgər Bundestim bütün oyunlarda qalib olubsa, portuqaliyalılar 1, türkiyəlilər 2 dəfə yığmamıza təsəlli verici nəticəyə üzülüb.