DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin V turu Azərbaycan millisi üçün ilklə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, yığmamız tarixində ilk dəfə İrlandiya ilə görüşüb.
Dublindəki matç 1:1 hesabı ilə başa çatıb. İrlandiya Azərbaycan millisinin tarixinə qarşılaşdığı 70-ci komanda kimi düşüb. Bunadək yığmamız 69 rəqiblə üz-üzə gəlmişdi.
İrlandiya millimizin UEFA-ya üzv olan ölkələrdən 48-ci rəqibi olub. Yalnız neytral meydanlarda baş tutan final mərhələlərində qarşılaşa biləcəyimiz Ermənistanı da saysaq, görüşmədiyimiz Avropa ölkələrinin sayı 6-ya enib.
Qeyd edək ki, ən çox görüşdüyünüz rəqib Moldovadır – 11 dəfə.