71 faizlik göstərici - millimizdən
13.11.2020 - 11:11
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatlarının seçmə mərhələlərində 80-ci məğlubiyyətini alıb.
Apasport.az saytının məlumatına görə, bu, İsveçrə ilə səfər qarşılaşmasına təsadüf edib.
Tyunda 1:2 hesabı uduzan millimiz bunadək 79 dəfə məğlub olmuşdu. 80-ci yenilgi 112-ci qarşılaşmaya təsadüf edib.
Bu isə o deməkdir ki, komandamız keçirdiyi görüşlərin 71 faizində uduzub.
Avropa arenasında 1994-cü ildə debüt edən Azərbaycan yığması arxada qalan müddətdə 13 qələbə qazanıb və 19 heç-heçə edib.
0
0