[b]94 komandanın üçgünlük mübarizəsi[/b]
09.07.2018 - 11:42
[b]94 komandanın üçgünlük mübarizəsi[/b]

Sabah Avropa Liqasında I təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 47 qarşılaşma baş tutacaq.

 

Bu raundda ilkin mərhələnin 7 qalibi və mübarizəyə birbaşa qoşulacaq 87 komanda meydana çıxacaq. Üç gün davam edəcək görüşlərdən biri sabah, 6-sı iyulun 11-də, 40-ı isə ayın 12-də baş tutacaq.

 

Mərhələyə Farer adaları və Gürcüstanda təşkil olunacaq matçlarla start veriləcək. Yarışda iştirak edən Azərbaycan təmsilçiləri mübarizəyə cümə axşamı qoşulacaq. “Qəbələ” və “Neftçi” evdə, “Keşlə” səfərdə avrokubok mövsümünə start verəcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

10 iyul


20:00. “Samtredia” (Gürcüstan) - “Tobol” (Qazaxıstan)

 

11 iyul

17:30. “Banants” (Ermənistan) - “Sarayevo” (Bosniya və Herseqovina)

19:30. “Rabotniçki” (Makedoniya) - “Honved” (Macarıstan) -

19:45. “Vaduts” (Lixtenşteyn) - “Levski” (Bolqarıstan)

20:00. “Fola” (Lüksemburq) - “Priştina” (Kosovo)

20:00. “Klaksvik” (Farer adaları) - “Jalgiris” (Litva)

22:45. “Qlenavon” (Şimali İrlandiya) - “Molde” (Norveç)

 

12 iyul

18:00. “Pünik” (Ermənistan) - “Vardar” (Makedoniya)

18:45. “Ventspils” (Latviya) - “Luftetari” (Albaniya)

19:00. “Çixura” (Gürcüstan) - “Beytar” (İsrail)

19:30. “Rudar” (Monteneqro) - “Partizan” (Serbiya)

19:30. “Partizani” (Albaniya) - “Maribor” (Sloveniya)

20:00. “KuPS” (Finlandiya) - “Kopenhagen” (Danimarka)

20:00. “Levadiya” (Estoniya) - “Dandalk” (İrlandiya)

20:00. “Trakai” (Litva) - “İrtış” (Qazaxıstan)

20:00. “Trans” (Estoniya) - “Jelezniçar” (Bosniya və Herseqovina)

20:00. “Baltsan” (Malta) - “Keşlə” (Azərbaycan)

20:00. “Qəbələ” (Azərbaycan) - “Proqres” (Lüksemburq)

20:00. “İlves” (Finlandiya) - “Slaviya” (Bolqarıstan)

20:00. “Lahti” (Finlandiya) - “Hafnarfyordur” (İslandiya)

20:05. “Liepaya” (Latviya) - “Haken” (İsveç)

21:00. “Milsami” (Moldova) - “Slovan” (Slovakiya)

21:00. “Ferensvaroş” (Macarıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)

21:00. “Anortosis” (Kipr) - “Laçi” (Albaniya)

21:00. “Petrokub” (Moldova) - “Osiyek” (Xorvatiya)

21:00. “Konnak” (Uels) - “Şaxtyor” (Belarus)

21:00. “Derri” (İrlandiya) - “Dinamo” (Minsk, Belarus)

21:00. “Neftçi” (Azərbaycan) - “Uypeşt” (Macarıstan)

21:00. “Stumbras” (Litva) - “Apollon” (Kipr)

21:45. MOİK (Bolqarıstan) - “Riqa” (Latviya)

22:00. “Enqordani” (Andorra) - “Kayrat” (Qazaxıstan)

22:00. “Vestmannaeyar” (İslandiya) - “Sarpsborq” (İsveç)

22:00. “Qurnik” (Polşa) - “Zarya” (Baltsi, Moldova)

22:00. “B36 Torshavn” (Farer adaları) - “Mladost” (Monteneqro)

22:00. “Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Domjale” (Sloveniya)

22:00. “Union” (Lüksemburq) - “Vitorul” (Rumıniya)

22:05. “Şemrok Rovers” (İrlandiya) - AİK (İsveç)

22:15. “Rudar” (Sloveniya) - “Tre Fiori” (San-Marino)

22:30. “Buduçnost” (Monteneqro) - “Trençin” (Slovakiya)

22:45. “Hibernian” (Şotlandiya) - “Runavik” (Farer adaları)

22:45. “Kliftonvill” (Şimali İrlandiya) - “Nordsyelland” (Danimarka)

22:45. “Lex” (Polşa) - “Qandzasar” (Ermənistan)

22:45. “Reyncers” (Şotlandiya) - “Şkupi” (Makedoniya)

22:45. “Spartak” (Serbiya) - “Kolreyn” (Şimali İrlandiya)

23:00. “Radniçki” (Serbiya) - “Qzira Yunayted” (Malta)

23:00. “Dunayska Ştreda” (Slovakiya) - “Dinamo” (Tiflis, Gürcüstan)

00:00. “Styarnan” (İslandiya) - “Nomme Kalyu” (Estoniya)