A seriyası klubu baş məşqçisini qovdu
27.04.2022 - 17:34
A seriyası klubu baş məşqçisini qovdu

“Venetsiya” baş məşqçisi Paolo Zanettinini istefaya göndərib.

Apasport.az xəbər verir ki, A seriyası klubu bu barədə məlumatı rəsmi saytı vasitəsilə yayıb.

Bu qərarın səbəbi komandanın uğursuz çıxış etməsidir. Təsadüfi deyil ki, “Venetsiya” fevralın 20-dən bəri keçirdiyi matçlarda xal üzünə həsrət qalıb. Komanda son 8 görüşün hamısında uduzub. Mövsümün sonuna kimi komandaya klubun əvəzedici heyətinin çalışdırıcısı Andrea Sonçin rəhbərlik edəcək.

Qeyd edək ki, “Venetsiya” 1999/2000 mövsümündən bəri ilk dəfə Paolo Zanettinin rəhbərliyi altında A seriyasında çıxış edib. Komanda hazırda 22 xalla sonuncu pillədə qərarlaşır.