A seriyası klubuna icarəyə verdi – “Marsel”
03.07.2021 - 16:28
Niderlandlı yarımmüdafiəçi Kevin Strotmanın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, Fransa “Marsel”inin futbolçusu karyerasına İtaliyada davam etdirəcək.
O, “Kalyari”nin uğurları üçün çalışacaq. 31 yaşlı niderlandlı A seriyası təmsilçisinə 1 illik icarəyə verilib. Mövsümün sonunda “Kalyari” bu müddəti 1 il də artırmaq hüququna malikdir.
Qeyd edək ki, ötən mövsümə “Cenoa”da başlayan Strotman 18 oyuna çıxıb. Ardınca “Marsel”ə qayıdan yarımmüdafiəçi 14 matç keçirib.
0
0