A seriyası klubunda iki yeni futbolçu
13.01.2022 - 17:06
A seriyası klubunda iki yeni futbolçu

İtaliya “Udineze”si heyətinə iki yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi İngiltərə klublarından iki oyunçu gətirir.

Pablo Mari icarəyə götürüləcək. “Arsenal”ın futbolçusu yaxın günlərdə komandaya qoşulmalıdır. “Lester”dən ayrılan Filip Benkoviç də Udine təmsilçisinə keçəcək.