A seriyası klubunu tərk edir – millinin sabiq müdafiəçi
04.05.2021 - 12:07
A seriyası klubunu tərk edir – millinin sabiq müdafiəçi

Portuqaliya millisinin sabiq futbolçusu Brunu Alveş klubunu dəyişir.

Apasport.az saytının məlumatına görə, 39 yaşlı müdafiəçi İtaliya təmsilçisi “Parma”nı tərk edəcək.

A seriyası təmsilçisi veteranla yayda başa çatacaq müqaviləni uzatmamağa qərar verib. Onun anlaşması 2021-ci ilin yayında bitəcək.

Qeyd edək ki, Brunu İtaliya “Leççe”si və Portuqaliya “Boavişta”nın maraq dairəsindədir.