A seriyasından MLS-ə
28.02.2022 - 11:02
A seriyasından MLS-ə

“Cenoa” kapitanı Domeniko Krişito ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı sol cinah müdafiəçisi karyerasını ABŞ-da davam etdirəcək.

İtaliya millisinin sabiq üzvü MLS klubu “Toronto” ilə anlaşıb. Sabiq “Yuventus”lu yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Krişito martda “Toronto”ya qoşulacaq.

Qeyd edək ki, Domeniko Krişito 2009-2018-ci illərdə İtaliya millisinin heyətində 26 oyun keçirib.