A seriyasından üç təklif - Navasa
28.01.2022 - 12:09
A seriyasından üç təklif - Navasa

PSJ-nin futbolçusu Keylor Navas karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı A seriyasının üç klubundan təklif alıb.

Bunlar “Yuventus”, “Milan” və “Roma”dır. Fransa təmsilçisi də 35 yaşlı əlcək sahibi ilə vidalaşmağa razıdır.

Navasın müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Onun transfer qiyməti 10 milyon avro ilə dəyərləndirilir.