ABŞ-ın tarixinə düşdü – ÇL-in finalında
30.05.2021 - 11:35
Çempionlar Liqasında (ÇL) “Mançester Siti” ilə final oyunu “Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiçi ölkəsi ABŞ-ın tarixinə salıb.
Apasport.az saytının məlumatına görə, 66-cı dəqiqədə meydana daxil olan hücumameyilli oyunçu ÇL finalında iştirak edən ilk amerikalı olub. O, eyni zamanda turnirin qalibi kimi də ölkəsində ilkə imza atıb.
Qeyd edək ki, “Mançester Siti” üzərində 1:0 hesablı qələbə qazanan “Çelsi” tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olub.
0
0