ABŞ yığmasının Qətər toplanışı təxirə düşdü
04.01.2020 - 11:27
ABŞ yığmasının Qətər toplanışı təxirə düşdü

Futbol üzrə ABŞ milli komandasının hazırlıq planı dəyişib.

Apasport.az saytının məlumatına görə, şimali amerikalılar Qətərdə keçirilməli olan təlim-məşq toplanışını təxirə salıb.

Buna Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəb olub. Futbol federasiyasının rəsmiləri asiyalı həmkarları ilə toplanışın başqa vaxt keçirilməsi barədə danışıqlar aparır. Yanvarın 5-də başlamalı olan toplanış 20 gün davam etməli idi.

Qeyd edək ki, Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibi olacaq.