AFFA-nın İntizam Komitəsi qurumun bayrağı altında keçirilən yarışlarda baş tutan oyunlarsa yaşanan xoşagəlməz halları araşdırıb.
Apasport.az saytının məlumatına görə, komitə məsələlərə hüquqi qiymət verərək günahkarları cəzalandırıb.
Region Liqasında “Mil”in futbolçusu Emin Şirinov “Ağsu Siti”, “Araz”ın (Saatlı) oyunçusu Elvin Bədirov “İmişli”yə, “Kəngərli”nin futbolçuları Orxan Rüstəmovla Mirəli Seyidov NDU-ya qarşı matçda hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.
“Şıxlar” (Qobustan) – “Neftçala” oyunda meydan sahiblərindən Rövşən Heydərov, qonaqlardan Raqif Şəbiyev eyni hərəkətə görə eyni cəza alıb. “Qoşqar” UGİM-2-in futbolçusu Məsim Ələkbərov “Şəki”ylə görüşdə rəqibə qarşı ifadələr işlətdiyinə görə 3 oyun diskvalifikasiya edilib.
Gənclər Liqasının “Sumqayıt” – “Səbail” matçında meydan sahiblərinin futbolçusu Murad Rəhimli aqressiv davranışa görə, onun komanda yoldaşlarından Elçin Abbasov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4, Cəlal Cəbrayılov rəqibi qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.
“Qarabağ”ın baş məşqçisi Samir Musayev “Zirə” ilə görüşdə tribunadan hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun diskvalifikasiya edilib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı