AFFA “Sabah”ı cəzalandırdı
15.04.2022 - 14:05
AFFA “Sabah”ı cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunda baş verənlər müzakirə olunub.

Komitə “Zirə” ilə qarşılaşmada 6 futbolçusu sarı vərəqə alan “Sabah”ı cəzalandırıb. Paytaxt klubu 800 manat cərimələnib.

Hakimlər otağı internet ilə təmin olunmadığı üçün də “Sabah”a xəbərdarlıq edilib.