AFFA 2019-cu ilin maliyyə hesabatını açıqladı
28.01.2020 - 15:11
AFFA 2019-cu ilin maliyyə hesabatını açıqladı

AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun Maliyyə və Mühasibat Departamentinin 2019-cu il üçün hesabatı təqdim olunub. 

Apasport.az saytının məlumatına görə, ötən il qurumun büdcəsinə 29 milyon 948 min 618 manat vəsait daxil olub. 

Bu məbləğin 11 milyon 964 min 760 manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşür. Vəsaitin 9 milyon 262 min 957 manatı UEFA-dan, 3 milyon 853 min 836 manatı milli komandanın yayım hüququndan, 2 milyon 787 min 590 manatı FİFA-dan, 1 milyon 170 min 577 manatı "Bakcell"dən, 118 min manatı "Paşa Sığorta"dan, 102 min 140 manatı UNİCEF-dən, 122 min 165 manatı P&G-dan, digər 566 min 593 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.

Qurum 2019-cu ildə ümumilikdə 23 milyon 423 min 308 manat xərcləyib. Xərclərin 11 milyon 939 min 316 manatı milli komandalara sərf olunub. Bundan başqa, 3 milyon 826 min 864 manatı əmək haqqı və ezamiyyə xərclərinə, 1 milyon 957 min 491 manatı uşaq və gənclər futbolunun inkişafına, 2 milyon 772 min 97 manatı hakimlər və hakim-inspektorlara, 601 min 103 manatı təsərrüfat xərclərinə, 643 min 132 manatı oyunların təşkilinə, 232 min 732 manatı aviabilet və otel xərclərinə, 230 min 274 manatı nəqliyyat xərclərinə, 213 min 872 manatı kommunal və rabitə xərclərinə, 131 min 951 manatı təhsilə, 206 min 150 manatı Marketinq və Sponsorluq Departamentinə, 172 min 53 manatı "Elit Məşq", 205 min 986 manatı "Futbol dərsi" layihəsinə, 286 min 287 manatı isə digər xərclərə ayrılıb.

0
AFFA hesabat xərclər